Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ VİDEO

24-05-2025, 11:29           
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ  VİDEO
Bakının Səbail rayonundakı 1825-ci ilə aid binada yerləşən körpələr evi-uşaq bağçasının təmirsiz vəziyyəti sakinləri təngə gətirib.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, bağçanın sanitar qovşağından axan çirkab sular sakinlərin mənzillərini yararsız hala salıb. 8 ailənin yaşadığı mənzilin ikinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğu bildirilib.

Adil İsgəndərov 17 ünvanında yaşayan Rəsmiyyə Bədəlova deyir ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət olunub.

Sakinlər küləkli havada evdən bayıra çıxa bilmədiklərini deyirlər.

Onlar iddia edirlər ki, bağçanın eyvanındakı çərçivələr və şüşələr havalar dəyişdikdə təhlükəli vəziyyət yaradır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru