Uçan inəklər: bu, dünyanın sonu deyil, lakin... - VİDEO

Bu gün, 10:14           
Uçan inəklər: bu, dünyanın sonu deyil, lakin... - VİDEO
Səlahiyyətlilər sürüşmə təhlükəsi ilə əlaqədar bütün kəndi boşaltmalı olublar

İsveçrənin bir kəndində sürüşmə təhlükəsi səbəbindən risk altında olan inəklər helikopterlə təhlükəsiz yerə aparılıb.

İsveçrənin cənubundakı Lotşental vadisindəki Blatten kəndi, kəndin üstündəki qeyri-sabit ərazidən qayaların düşməsi təhlükəsi ilə əlaqədar çərşənbə axşamı günü boşaldılması əmri verilib.

Kənddən 300-ə yaxın insan və 52 baş inək təxliyyə edilib. İnəklərin bəziləri piyada və ya yol ilə çıxarılsa da, bəzi mal-qara helikopterlə təxliyə edilməli olub. Səlahiyyətlilər bildiriblər ki, sakinlərin nə vaxt evlərinə qayıda biləcəkləri hələ məlum deyil.

Bölgədə gəzinti yollarına giriş də məhduddur. Səlahiyyətlilər kəndin yuxarısındakı yamacda hərəkət əlamətlərinin olduğunu və monitorinq avadanlığının quraşdırıldığını bildirir./Lent.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.