Rusiyada “Mi-8” helikopteri yerə çırpıldı - VİDEO

24-05-2025, 12:34           
Rusiyada “Mi-8” helikopteri yerə çırpıldı - VİDEO
Rusiyanın Orlov vilayətində növbəti aviasiya qəzası baş verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, “Mi-8” tipli helikopter uçuş zamanı qəzaya uğrayıb.

Helikopterin ekipaj üzvləri hadisə yerində həyatını itirib. Lakin ölənlərin dəqiq sayı hələlik ictimaiyyətə açıqlanmayıb.

İlkin araşdırmalara əsasən, qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru