BMT: "ABŞ və Aİ-də islamofobiya güclənir"

24-05-2025, 11:46           
BMT: "ABŞ və Aİ-də islamofobiya güclənir"
Avropa İttifaqı ölkələrində və ABŞ-də islamofobiya güclənir.

Bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanla müsahibəsində qeyd edib.

"Avropa İttifaqının əsas ölkələrində və hətta ABŞ-də islamofobiya güclənir. Niyə? Çünki İslamın nə olduğu haqqında bilik çatışmır. Çoxlu manipulyasiya və anlaşılmazlıq var. BMT-nin islamofobiyaya qarşı xüsusi elçisi kimi, mənim vəzifəm bütün əsas tərəflərlə işləmək və İslamın nə olduğunu izah etməkdir. İslam da xristianlıq və iudaizm kimi bir dindir. Bu, daxili mənəviyyata gedən yoldur".

Moratinos bildirib ki, hazırda islamofobiyanın güclənməsi faktını gözardı etmək mümkün deyil. Eyni zamanda o, Asiyanın şərqində İslamın inkişaf etdiyi, transformasiya olduğu və yeni reallığa uyğunlaşdığı çoxsaylı müsbət nümunələrin olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru