Qaradağ icra başçısı Süleyman Mikayılovun məsələsi qəlizləşir - Qardaşının "atdığı" adamlar prezidentə şikayət edirlər
26-01-2016, 22:09
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılova cinayət işi açıla bilər. Bu barədə bütün mdia resurslarında xəbərlər gedib.
Mediada yazılanlara görə, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib və istədiyi miqdarda pulu ödəyiblər. Verilən məlumatlara görə aldadılan adamların sayı 50 nəfərdən çoxdur. Bu aldadılanlardan biri teref.azya şikayət edirb.
teref.azya şikayət edən Bakı şəhər sakini Ramin Aslanov da bu cür dələduzluğun qurbanı olub. Onun dediyinə görə, o 2014-cü ildə bu cür dələduzluqla qarşılaşıb. Ramin Aslanov deyir ki, həmin ildə o Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi alıb. Həmin ərazidə ev inşa etmək üçün Qaradağ rayon İcra hakimiyyətindən sərəncam almaq qərarına gəlib. Amma, bu sərəncam ona baha başa gəlib. O həmin sərəncamı almaq üçün aldadılıb. Ramin Aslanovun bildirdiyinə gğrə, o bu barədə tanışı, Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılovla danışıb. Bağır Mikayılov ona bu işdə kömək edəcəyinə söz verib və bildirib ki, bunun üçün 10 min manat lazımdı. Ramin Aslanov onunla razılaşıb və bu pulu ona hissə-hissə ödəyəcəyini deyib.
teref.azya yazan şikayətçi daha sonra deyilir ki:
Bağır Mikayılov bu adla ondan 2 min 200 manat alıb. Pulu isə ondan ayrı-ayrı ərazidə alıb: “Bağır mənə dedi ki, həmin pulun bir hissəsini ödə, sənə sərəncam alım. Mən də razılaşdım. 2014-cü ilin may ayında Lökbatanda ona 200 manat verdim. Bir neçə gün sonra Bağır mənə zəng vurub yenidən pul istədi. Daha 600 manat Bakının Səbael rayonu ərazisində, “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşüb ona verdim. Səhəri gün Nərimanov rayonu ərazisində Bağırla yenidən görüşdük və ona 400 manat da verdim. Bir həftə sonra isə Bağır mənə zəng vurub dedi ki, guya 1000 manat da verməliyəm ki, sərəncam verilsin. Bu pulu da tapıb verdim və mənə bildirdi ki, yaxın günlərdə sərəncam hazır olacaq. Ümumilikdə Bağır Mikayılova 2 min 200 manat vermişəm. Amma, ondan sonra nə sərəncam verildi, nə də Bağır Mikayılov pulu qaytardı. Hər dəfə zəng vuranda məni bir bəhanə ilə yola verdi”.
Şikayətçinin iddiasına görə pul atan şəxs sonuncu söhbətində Ramin Aslanovu söyüb təhqir edib və pulu qaytarmayacağını bidirib: “Sonuncu dəfə onunla danışanda dedi ki, kimə istəyirsən de, sənə pul zad qaytarmayacam. Mənim arxamda Süleyman Miklayılov dayanıb, hara şikayət etsən xeyri yoxdur”.
Beləliklə pulda gedib sərəncamda yoxdur. Aldığımız məlumata görə Ramin Aslanovun gününə düşən 50-yə yaxın şikayətçi Süleyman Mikayılovun qəbuluna gediblər. lakin Süleyman Mikayılov onların qardaşına görə yanına gəldiklərini biləndə, şikayətçiləri qovub. Çikayətçilər icra hakimiyyətinin qarşısında aksiyaya başlayıblar. Aksiya yerinə gələn polislər aranı sakitləşdirib. İşi belə görən şikayətçilər prezidentə müraciət etmək qərarına gəliblər. Sülyman Mikayılov onların hədəsini vecinə almayıb. Bu dünən olub. lakin artıq vəziyyət elə gətirib ki,respublikada yeni "yellər" əsir. Prezident hakimiyyət orqanlarında inanılmaz təmizləmə işlərinə start verib. Buna görədə Süleyman Mikayılovun vəziyyəti qəlizləşib.
Bu gün respublikada cərayan edən sosial - iqtisadi katakalizmalar və siyasi hərəkətlənmələr fonunda prezidentin hakimiyyət vertikalında apardığı təmizləmələrə fikir versək onda başa düşə bilərik ki, Bağır Mikayılovun qardaşının xeyir duası ilə və ya xeyri duası olmadan etdiyi bu fırıldağ əməlləri Süleyman Mikayılov üçün necə ağır zərbədir. teref.aznun əldə etdiyi məlumata görə Süleyman Mikayılov qardaşının məsələsini tələsik ört basdır etməkdədir. Çünki bu məsələ yuxarılara çatsa Süleyman Mikayılovun vəzifədə qalma məsələsi gündəmə gələ bilər. teref.az-nun əldə etdiyi məlumata görə Süleyman Mikayılovun emisarları ciddi cəhdlə bu məsələni yatırtmaqla məşğuldurlar.
Qeyd etmək istəyərdik ki, hələ 93 - cü ildən Süleyman Mikayılovla eyni komandada olan Abdulla Abdullayev, Muşfiq Mədətov,Hüsyn (Quska) Abdullayev, hafiz (Hafka)Məmmədov artıq vurulmuşlar siyahısındadır. Yəni mogikanların axırıncısıdır!
Qarşı tərəfində bütün fikirlərinə yer verməyə hazırıq!
teref.az