Fizuli Ələkbərovun ailə biznesi - ŞOK FAKT
28-01-2016, 14:20
Vətəninfo.az-a daxil olan məlumatda görə, bu gün respublikanın bütün bölgələrində Dövlət Yol Polisinin istifadə etdiyi "BMW” markalı avtombilləri sabiq nazirin sahibi olduğu "Improtex Motors” şirkəti gətirib.
Yəni Fizuli Əəkbərov vəzifədə olduğu zaman,vəzifəsindən sui-istifadə edərək ailə biznesinə əlavə gəlirlər əldə etmək üçün Daxili İşlər Naziriliyinin Dövlət Yol Polisinə yeni avtomobilərin alınması ilə bağlı keçirdiyi tenderləri süni şəkildə qalib gələrək Almaniyada istehsal edilən "BMW” markalı avtomobilləri Azərbaycana gətizdirib. Qeyd edək ki, Azərbaycanda müxtəlif dövlət sifarişli tenderlərin bir çoxunu vəzifədə olan məmurlara yaxın şirkət və MMC-lər qalib gəlməsi adi hala çevrilib. Fizuli Ələkbərovda qeyd edilən avtomobiləri öz şirkəti vasitəsi ilə gətirməklə həmin məmurların sırasında yer alıb.
Ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycanda istehsal edilən "Naz-Lifan” markalı avtomobillərdən məmurların istifadəsi ilə bağlı son çıxışından sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin "Naz-Lifan” avtomobili alması yəqin ki,digər məmurlar tərəfindən də təkrarlanacaq.