Kiber-zorakılıqla mübarizə ilə bağlı beynəlxalq mükafatı 17 yaşlı Rəhman aldı...

6-01-2021, 08:47           
Kiber-zorakılıqla mübarizə ilə bağlı beynəlxalq mükafatı 17 yaşlı  Rəhman aldı...
Gənc müsəlmanı bu tətbiq üzərində çalışmağa internetdə təcavüzə məruz qalaraq intihar edən 15 yaşlı bir qızın faciəli hekayəsi vadar edib...

“KidsRights Foundation” fondunun Beynəlxalq Uşaq Sülh Mükafatı Banqladeşdən olan 17 yaşlı Sadat Rəhmana verilib.

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, müsəlman gənc kiber-zorakılıq(bulling) və kiber- cinayətlərlə mübarizə aparmağa kömək edən ixtirası üçün birinci yeri alıb.

“Kiber-zorakılıqla mübarizə müharibəyə bənzəyir və bu müharibədə mən döyüşçüyəm. Hər kəs məni dəstəkləməyə davam edərsə, birlikdə kiber-zorakılığa qarşı bu mübarizədə qalib gələcəyik” – Rəhman Niderlandın Haaqa şəhərində təşkil edilən mərasimdə mükafat aldıqdan sonra etdiyi çıxışında belə deyib.

Gənc müsəlmanı bu tətbiq üzərində çalışmağa internetdə təcavüzə məruz qalaraq intihar edən 15 yaşlı bir qızın faciəli hekayəsi vadar edib.

Tətbiqdən yararlanaraq istifadəçilər kiber-zorakılıq hallarını dərhal bildirə və psixoloqlardan, sosial işçilərdən tez bir zamanda kömək ala biləcəklər.

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.