Azərbaycan Ordusu Xankəndi və Əsgəranda irəliləyir - ŞOK AÇIQLAMA

6-01-2021, 16:35           
Azərbaycan Ordusu Xankəndi və Əsgəranda irəliləyir - ŞOK AÇIQLAMA
Qondarma rejimin Təhlükəsizlik Şurasının sədri Vitali Balasanyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, Azərbaycan tərəfinin mövqelərini Əsgəran, Xankəndi, Qırmızı bazar qəsəbəsi və Ağdam istiqamətində irəli çəkdiyini bildirib. Onun sözlərinə görə, bu hallar barədə Rusiya sülhməramlılarına məlumat verib və bəzi hallarda sülhməramlılar təmas xəttini bərpa ediblər.

Erməni generalın sözlərinə görə, Azərbaycan Ordusu sözügedən mövqələrdə möhkəmlənir. “Buna baxmayaraq, bizim müdafiə ordumuz sayıqlıq nümayiş etdirir”, – deyə Balasanyan fikrini tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru