Xocavəndin kəndlərinə Azərbaycan bayrağını sancan şəhidimiz - FOTOLAR

13-01-2021, 06:26           
Xocavəndin kəndlərinə Azərbaycan bayrağını sancan şəhidimiz - FOTOLAR
Sentyabrın 27-də başlayan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də şəhid hərbçi İşiyev Rafail Əhmədağa oğludur. “Report”un Muğan bürosu xəbər verir ki, Rafail İşiyev 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tankçı kimi xidmətdə olub, xidmət etdiyi müddətdə bir sıra fəxri fərmanlarla mükafatlandırılıb.

Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Eyni zamanda Xocavənd yüksəkliyində yerləşən kəndlərə Azərbaycan bayrağını sancıb.

Noyabrın 3-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Rafail İşiyev doğulduğu kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin xalası oğlu Elnur Atakişiyev deyir ki, döyüşlər zamanı Şəhid Rafail İşiyev çox sayda düşmənin hərbi texnikalarını məhv edib: “Onun əsgər yoldaşları da bu haqda danışır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.

Şəhidin həyat yoldaşı Sevda İşiyeva da mərhum barədə öz xatirələrini bölüşüb: “Evdə uşaqlara Vətən sevgisini aşılayırdı. Deyirdi ki, vətənpərvərliyi uşaqlara kiçik yaşlarından öyrətmək lazımdır”.

Şəhidimizin 10 yaşında və 7 yaşında iki oğul övladı yadigar qalıb.

Qeyd edək ki, Rafail İşiyev göstərdiyi igidliklərə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru