İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi

23-01-2021, 09:10           
İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi
İsveçrə cinayət məhkəməsi brilyant satışı ilə məşqul olan İsrailli iş adamı Beni Steynmetzi korrupsiya və saxtakarlıqda günahkar bilərək böyük məbləğdə cərimə ilə 5 il həbs cəzasına məhkum etdi.

Trend "Reuters"ə istinadən xəbər verir ki, Steynmetz 50 milyon İsveçrə frankı (56,48 milyon dollar) cəriməsini də nəzərdə tutan hökmə etiraz edəcəyini bildirib. "Bu böyük bir haqsızlıqdır", - iş adamı Cenevrə məhkəməsi binasının həyətində jurnalistlərə deyib.

Qərar Steynmetz və digər iki nəfərin Qvineyanın Simandu dağlarında geoloji kəşfiyyat icazəsi almaq üçün 10 milyon dollar rüşvət ödəməkdə və bunu gizlətmək üçün saxta sənədlər düzəltməkdə ittihama əsasən verilib. Hər üç cinayətkar ittihamları rədd edir.

Məhkəmə iclasına sədrlik edən hakim Aleksandra Banna Steynmetz və digər müttəhimlərin saxta hesablardan istifadə etdiklərini və cinayətlərini gizlətmək üçün sənədlərin məhv etməyə çalışdıqlarını, Steynmetzin sözügedən əməliyyatdan dərhal küllü miqdarda qazanc əldə etdiyini, Qərbi Afrika ölkəsi Qvineyaya isə bir sent belə çatmadığını bildirib.

2016-cı ildə yenidən İsrailə köçmüş keçmiş Cenevrə sakini 64 yaşlı Steynmetz milyarder və İsrailin ən varlı adamlarından biri kimi tanınıb. Məhkəmənin iş adamından şəxsi sərvətinin qiymətləndirməsini soruşarkən Steynmetz bunun 50-80 milyon dollar olduğunu deyib.

Steynmetz müdafiəsində rəhbərlik etdiyi 100 min nəfər işçisi olan "Beny Steinmetz Group Resources" (BSGR) şirkətinin gündəlik işində iştirak etmədiyini bildirib. Hakim Banna Steynmetzin "adindan imtina etməsini" qəbul etməyib və onun qrupun effektiv başçısı olduğunu deyib.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.