TƏBİB-in rəsmisi olar, qurum isə olmaz deyir

12-02-2021, 13:03           
TƏBİB-in rəsmisi olar, qurum isə olmaz deyir
TƏBİB, qurumun rəsmisi həkim-infeksionist Nəzrin Mustafayevanın "açıq havada tək olan zaman maskasız gəzə bilərsiz" sözlərinə münasibət bildirib.
Bu barədə Yeniavaz.com-a danışan TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış, N.Mustafayevanın məsələyə həkim kimi yanaşdığını bildirib:
"Nəzrin Mustafayeva orada həkim kimi məsləhət edib. Yəni, bu qərarın TƏBİB-ə aidiyyatı yoxdur, qərarı Nazirlər Kabineti verir. Biz də bu qərara riayət etməliyik. Qərarda deyildiyi kimi açıq havadakı ictimai yerlərdə maska taxmaq məcburidir".
Qeyd edək ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində vətəndaşlar bulvarda və yaxud parkda yürüşə çıxdığı zaman, tək olduqları halda maskasız gəzə biləcəklərini ifadə etmişdi: “Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən açıq havada maska taxmaq məcburidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru