Əsir götürülmüş erməni qadın snayperçi barədə AÇIQLAMA

14-02-2021, 00:54           
Əsir götürülmüş erməni qadın snayperçi barədə AÇIQLAMA
Ermənistan mətbuatı ikinci Qarabağ müharibəsi zamanı Şuşada itkin düşmüş Livan və Ermənistan vətəndaşı olan Maral Nacaryan haqqında məlumat yayıb.

Məlumata görə fevralın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin işçiləri Azərbaycan əsirliyində olan Livan ermənisi Maral Nacaryanı ziyarət ediblər. Livan Qırmızı Xaç təşkilatı Maralın ailəsinə sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu deyib.

Bu barədə Maralın bacısı Ani Nacaryan erməni saytına danışıb.

Ani Nacaryan Maralın əsirlikdən azad edildiyi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun olmadığını qeyd edib.

Qeyd edək ki, Livan vətəndaşı olan Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı döyüşmək üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra itkin düşdüyü bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.