Gürcüstanda müvəqqəti yaşayış icazəsinin müddəti 12 ilədək artırılır
14-02-2021, 16:39
Gürcüstanda müvəqqəti yaşayış icazəsinin müddəti 6 ildən 12 ilədək artırılır. APA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin İnsan Haqları Komitəsinin sədri Mixeil Sarcveladze bildirib. Onun sözlərinə görə müvafiq qanunvericiliyə dəyişiklik sabah parlamentin büro iclasına təqdim ediləcək.