Bu gündən universitet və kolleclərdə praktiki məşğələlər tələb olunan ixtisaslarda ənənəvi təhsilə başlanılır

15-02-2021, 07:29           
Bu gündən universitet və kolleclərdə praktiki məşğələlər tələb olunan ixtisaslarda ənənəvi təhsilə başlanılır
Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi formada bərpa olunur.

Təhsil Nazirliyindən verilən məlumata görə, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa edilir.

Qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru