Jirinovskinin oğlu hava limanında döyüldü – FOTO

14-04-2021, 07:05           
Jirinovskinin oğlu hava limanında döyüldü – FOTO
Şimali Osetiyanın keçmiş rəhbəri Vyaçeslav Bitarovun oğlu Zəlimxan Bitarov Rusiyanın Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteyni döyüb.

Bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

Məlumata əsasən, insident Moskvanın “Vnukovo” hava limanında baş verib.

Adıçəkilən hər iki şəxs eyni təyyarə ilə Vladiqafqazdan Rusiya paytaxtına gəliblər. Onlar arasında siyasi müstəvidə mübahisə yaranıb. Bitarov Eydelşteynin başına dörd zərbə vurub və sonuncu polisə şikayət edib.

Məsələyə heç bir tərəfdən rəsmi münasibət bildirilməyib. oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru