“Mediland”də xəstənin komaya düşməsi ilə bağlı araşdırma başladı

6-05-2021, 00:08           
“Mediland”də xəstənin komaya düşməsi ilə bağlı araşdırma başladı
Xəbər verdiyimiz kimi, Bakıda oynaq ağrıları üçün “Mediland” klinikasında MRT müayinəsi olunan 64 yaşlı Qəmzə Süleymanova komaya düşüb. Onun həyat yoldaşı Mirzə Süleymanov prokurorluğa müraciət edərək, hadisə ilə bağlı cinayət işi başlanılmasını və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini istəyib.

“Qafqazinfo” məsələ barədə müraciətin ünvanlandığı Xətai Rayon Prokurorluğuna sorğu göndərib.

Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, 12 aprel 2021-ci il tarixdə Mirzə Süleymanov həyat yoldaşı Qəmzə Süleymanovanın səhhətində yaranmış problemlə əlaqədar müalicəsi zamanı yol verilmiş həkim səhlənkarlığına görə Xətai Rayon Prokurorluğuna müraciət edib:

“Müraciət üzrə hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırma zamanı həkim səhlənkarlığına yol verilib-verilməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Hazırda araşdırma aparılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru