Vaqif Abdullayevin adı rüşvət olayında: Tahir Həsənov başçını nədə ittiham edir?
3-05-2015, 12:26
Füzuli rayonunda adı saxta attestat verməklə daha çox hallandırılan, rayonun 55 saylı tam orta məktəbinin direktoru işləmiş Tahir Həsənovun ani olaraq başqa bir rayona vəzifəyə köçürülməsi, həm də bu vəzifənin mövcud qanunvericiliyin tələbləri ilə paradoks təşkil etməsi nə qədər təəccüblü olsa da Beyləqan rayonunda reallaşdı. Belə ki, həmin vaxt rayonun icra hakimiyyəti başçısı olan İrşad Əliyevin köməkliyi ilə Təhsildə Azad Həmkarlar Komitəsinin sədri vəzifəsinə gətirilən T.Həsənov, az bir müddətdən sonra Beyləqan RTŞ-nin müdiri olması planlaşdırılıb. Ancaq İrşad Əliyevin prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunaraq Kürdəmir RİH-nin başçısı təyin edilməsi Tahir Həsənovun RTŞ müdiri qoltuğuna əyləşməsini əngəllədi.
Maraqlıdır görəsən, hansı səbəbdən Füzuli rayonundan məktəb direktorunu Təhsildə Həmkarlat İttifaqı Beyləqan rayon şöbəsinə müdir təyin ediblər? Yoxsa, həqiqətənmi T.Həsənov qudasının vasitəsilə Səttar Mehbalıyevə 20.000 manat verməsi barədə iddiaları doğrudur? Bəs görəsən T.Həsənovun qudası kimdir və hansı vəzifəni tutur? Onun hansı işçisi ilə yaxın əlaqələri var və bu əlaqələr hansı müstəvidədir? Oğlu Bəhruz Həsənov əslində harada işləyir və onun hüquq-mühafizə orqanlarının adından istifadə edərək, ayrı-ayrı vətəndaşlardan pul alması nə ilə nəticələndi? Tahir Həsənov özünü icra başçısı Vaqif Abdullayevlə yaxın göstərməsi ilə ona hər ay 1000 manat “hesab” verdiyini iddia eməsinin bir bağlılığı varmı?
Yuxarıda qeyd olunan suallara daha ayrıntılı şəkildə aydınlıq gətirəcəyik.
fia