Qarabağdakı "sülhməramlılara" yeni rəhbər təyin olundu - Ermənilərə general Muradov sərf etmədi

13-05-2021, 10:54           
Qarabağdakı "sülhməramlılara" yeni rəhbər təyin olundu -
Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan təyin olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant Rüstəm Muradov yaxın günlərdə bölgəni tərlk edəcək. Onun yerinə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleksey Avdeevin təyin olunması gözlənilir.

Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.

Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Belə ki, Muradov Ermənistan hakimiyyətinin diversantların qaytarılması ilə bağlı yalan məlumatına cavab olaraq “Ermənistan hakimiyyəti öz xalqını aldadır”- deyə açıqlama vermişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.