"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Bu gündən...

15-05-2021, 10:11           
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ!  Bu gündən...
Bu gündən - 15 may 2021-ci il tarixindən "WhatsApp" messenceri istifadəçiləri seçim qarşısında qalır.

BAKU.WS xəbər verir ki, istifadəçilər yeni xidmət qaydalarını qəbul etmək və ya onlardan imtina etmək məcburiyyətindədir.

"WhatsApp" üçün yeni istifadə şərtləri ilə razılaşanlar əvvəlki kimi tətbiqdən istifadə edə biləcəklər. Yenilənmiş qaydaları qəbul etməyi rədd edən istifadəçilər funksiyalarda ciddi şəkildə məhdudiyyətlərlə qarşılaşacaqlar.

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "WhatsApp" istifadəçilərinin hesablarının silinməyəcəyini bəyan edib. Lakin mesajları əvvəlki kimi oxumaq və göndərmək mümkün olmayacaq.

Mesajlaşma yalnız şəxs yenilənmiş şərtlərlə razılaşana qədər zənglər və bildirişlər almaq üçün işləyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.