Paşinyanın müavinini ələ saldılar: “Qara gölə yox, bataqlığa getmisən”

16-05-2021, 17:07           
Paşinyanın müavinini ələ saldılar:
Azərbaycan-Ermənistan sərhədində yerləşən Qara gölün erməni ordusunun nəzarətində olduğunu iddia edən baş nazirin müavini Tiqran Avinyan ələ salınıb.

Teref.az xəbər verir ki, Avinyan Qara gölün ətrafının Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olduğunu iddia edib.

Baş nazirin müavini Feysbukda bir su hövzəsi fonunda çəkdirdiyi fotoşəkil yayımlayıb. O, bu fotonun Qara göldə çəkildiyini iddia edib.

Erməni jurnalist Naira Oxikyan fotonun Qara göl yaxınlığında çəkildiyinə şübhə etdiyini bildirərək Avinyanın ora yox, daha kiçik Qaz gölünə getdiyini yazıb. Bu ərazi, Oxikyana görə, erməni qoşunlarının nəzarəti altındadır, lakin Azərbaycan qoşunlarının mövqelərindən çox uzaqdır.

Sosial şəbəkənin erməni seqmentində də, Tiqran Avinyanın Qara göldə yox, bir bataqlıqda foto çəkdirdiyini də iddia edib. /teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru