Belçika səfirinin xanımı Cənubi Koreyada satıcıları döyməkdə ittiham edilir

18-05-2021, 06:11           
Belçika səfirinin xanımı Cənubi Koreyada satıcıları döyməkdə ittiham edilir
Belçikanın səfiri Piter Leskuyenin arvadı, 63 yaşlı Syan Syuesiu Cənubi Koreyanın paytaxtı Seulda mağazanın iki satıcısını döyüb.

“Report”un məlumatına görə, bu barədə Cənubi Koreyanın asayiş keşikçilərinə istinadən “Le Figaro” nəşri bildirib.

Polisin məlumatına görə, diplomatın arvadı Seulda geyim mağazasında iki paltarı ölçüb və mağazadan çıxmağa tələsib. Mağazanın əməkdaşı dərhal paltarın geyinilib-geyinilmədiyini bilmək üçün Syan Syuesiunun arxasınca qaçıb. Güman edilir ki, davaya məhz bu səbəb olub. Cənubi Koreya KİV-ində müşahidə kameralarının yayılmış kadrlarında qadının əlini dartması və satıcının başına zərbə endirməsi, sonra köməyə gələn başqa əməkdaşı da vurması görünür.

Qadın məhkəmə təqibindən qaçmaq üçün diplomatik toxunulmazlığa istinad edib. Öz növbəsində onun əri - səfir Piter Leskuye hadisə ilə əlaqədar təəssüfünü bildirib.

"Hadisənin başvermə şəraiti nə olursa-olsun, onun reaksiyası qəbuledilməzdir", - diplomat deyib.

Bu halda Belçika səfirliyində bildiriblər ki, səfirin arvadının toxunulmazlıq hüququnu dəstəkləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru