Paşinyan DANIŞDI - Bakı ilə masada sənəd var, imzalayacağam!

20-05-2021, 14:20           
Paşinyan DANIŞDI -
Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla yeni sənədi müzakirə etdiyini təsdiqləyb.

Axar.az xəbər verir ki, hökumətin iclasında çıxış edən Paşinyan sənədin 100% Ermənistanın maraqlarına xidmət etdiyini bildirib.

O, Azərbaycanın bu sənədə razılıq verəcəyi halda onu imzalayacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı yeni sənədin olduğunu bildirmişdi. Onun iddiasına görə, bu sənədə Ermənistan seçkiyə qədər Azərbaycan qoşunlarının Qaragöldən geri çəkilməsini, bir neçə əsiri İrəvana geri qaytarılmasını salmaq, Qazaxın və Naxçıvanın işğalda saxlanılan 6 kəndini Azərbaycana qaytarmaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru