Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir

21-05-2021, 00:02           
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Azərbaycanda vəkil barəsində cinayət işi başlanıb.

Teref.az xəbər verir ki, 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Əliyeva Sümbülə Məhəmmədəli qızı külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Belə ki, S. Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial siğortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə ödəməyərək mənimsəyib.

Zərərin 100 min manatdan çox olduğu bildirilir.

S. Əliyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

İş üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

S. Əliyeva barəsində olan cinayət işinin ibtidai istintaqı başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru