Kadırov onu “şeytan” adlandıran izləyicisini tapıb, görün nə ETDİ – VİDEO

21-05-2021, 00:16           
Kadırov onu “şeytan” adlandıran izləyicisini tapıb, görün nə ETDİ – VİDEO
Çeçenistan prezidenti Ramzan Kadırov onu “şeytan” adlandıran sosial şəbəkə istifadəçisini tapıb.

Teref.az unikal.org-a istinadən bildirir ki, o, Moskvada yaşayan dağıstanlı Əhməd Valjayevdir. Belə ki, Valjayev Kadırovdan ailəliklə üzr istəyib. Maraqlısı budur ki, şəxsin üzr istəmə görüntüsü bütün Çeçenistan televiziyasında yayımlanıb.

Qeyd edək ki, “Instagram” hesabında canlı yayım zamanı Kadırovun izləyicilərindən biri onu “şeytan” adlandırıb. Bu zaman Kadırov şərhi oxuyub və ekrangörüntüsünü çəkib.

“Əgər bunu mənə yazırsansa, səni tapacağam. O zaman bizdən kimin şeytan olduğunu görəcəyik. Mən çox şeytanları məhv etmişəm və səni də məhv edəcəyəm”, – deyə R.Kadırov bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru