İran ordusu kiber təhdidlərə qarşı təlim keçirdi

23-05-2021, 22:56           
İran ordusu kiber təhdidlərə qarşı təlim keçirdi
İran ordusu kiber təhdidlərlə mübarizə gücünü artırmaq məqsədilə “Fəth-1” kod adı altında birgə təlim-məşqləri keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran ordusunun baş komandanının koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari məlumat verib.

O bildirib ki, müasir dünyada kiber təhlükəsizliyin təmin olunması çox mühüm məsələlərdən biridir. Təlimlərin məqsədi ordunun kiber təhdidlərə qarşı müdafiəsini gücləndirməkdən ibarətdir.

Hər bir ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə olması onun kiber təhlükəsizliyinin təminindən çox asılıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru