General oğlunun məşhur orkestri dağıldı, özü istefa verdi

9-09-2021, 15:05           
General oğlunun məşhur orkestri dağıldı, özü istefa verdi
Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin oğlu Cavad Tağı-zadənin yaratdığı məşhur orkestr dağılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyət göstərmiş, Cavad Tağı-zadənin bədii rəhbəri və baş dirijoru olduğu "Baku Sinfonietta" orkestri ləğv edilib.

Qeyd edək ki, "Baku Sinfonietta" orkestri dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxış edib.

Cavad Tağı-zadə həmçinin Bakı Musiqi Akademiyasındakı işindən də istefa verib.

Qeyd edək ki, Tağı-zadə Cavad Faiq oğlu - Skripka ifaçısı və dirijordur. Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Beynəlxalq İfaçılıq müsabiqəsində 2-ci dərəcəli diploma layiq görülüb. "Oazis" simli kvartetinin və "Ad libitum" müasir antrepriz ansamblının yaradıcısıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru