Gələn il dövlət büdcəsinin kəsiri ÜDM-in 3,2 faizini təşkil edəcək

9-09-2021, 17:12           
Gələn il dövlət büdcəsinin kəsiri ÜDM-in 3,2 faizini təşkil edəcək
2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcək. 2022-ci ildə icmal büdcənin gəlirləri 26 milyard 967,7 milyon manat, xərcləri 32 milyard 145,9 milyon manat, kəsiri isə 5 milyard 178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru