Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? – AÇIQLAMA

12-09-2021, 00:04           
Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? – AÇIQLAMA
Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur.
Teref.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzinə əks-göstəriş sertifikatı təqdim edilə bilər:
“Əks-göstəriş sertifikatı vaksin pasportu və immunitet sertifikatı ilə eynihüquqludur. Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslərə iri ticarət mərkəzlərinin, mehmanxanaların və ictimai iaşə obyektlərinin qapalı məkanlarında göstərilən xidmətlərdən istifadəsində hər hansısa məhdudiyyət tətbiq olunmur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru