Gürcüstanda benzinin qiyməti bahalaşdı

2-11-2021, 00:08           
Gürcüstanda benzinin qiyməti bahalaşdı
Gürcüstanda son günlər bütün yanacaq növlərinin qiymətlərində artım qeydə alınıb.

Qafqaz.media xəbər verir ki, hazırda Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 2,94 laridən 3,17 lariyədək dəyişir.

On gün bundan əvvəl “Regular 92” markalı benzinin orta qiyməti 2,82 lari olub. Bu gün isə bu növ benzin 2,94 lariyə satılır. “Super” markalı benzin isə əvvəllər 3,10 lariyə təklif edildiyi halda indi avtomobil sahiblərinə 3,17 lariyə satılır.

Ölkədə maye qazın (LPG) qiyməti də artıb. Əvvəlcə 1,9 lariyə satılan LPG indi 2 lariyə bərabərdir.

Bəzi məlumatlara görə, ölkədə yanacağın qiymətinin artımı milli valyuta – GEL-in dollara nisbətdə ucuzlaşması və beynəlxalq bazarlarda benzinin qiymətinin bahalaşması ilə əlaqələndirilir.

Ekspertlərin fikrincə ölkədə gündəlik tələbat mallarının, təbii qazın və elektrik enerjisinin qiymətinin də bahalaşacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru