NƏ OLDU BƏS: Ermənilər Qırmızı Bazarda təxribata əl atdı... - Mövqelərimiz atəşə tutulur

2-12-2021, 17:00           
 NƏ OLDU BƏS: Ermənilər Qırmızı Bazarda təxribata əl atdı... - Mövqelərimiz atəşə tutulur
Bu gün səhər saat 11:35 radələrindən etibarən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində atışma başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.

Ermənilər iddia edirlər ki, atışmaya guya, Azərbaycan Ordusunun bölmələri başlayıblar. Lakin bölgədən gələn xəbərlərdə deyilir ki, düşmən bu gün səhər saatlarında bölmələrimizə qarşı təxribata cəhd edib. Belə ki, onlar Qırımızı Bazar qəsəbəsində xidmət edən əsgərlərimizin mövqelərini atəşə tutublar. Təxribatın qarşısını almaq və düşməni susdurmaq üçün cavab tədbirləri görülür.

Məlumatlara görə, hazırda da atışma davam edir. Həmin hadisə ilə bağlı teleqram kanallarında video yayılıb. Onu təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru