“Hörümçək” sözünü lüğətə salmayanların adları AÇIQLANDI

18-01-2022, 12:55           
“Hörümçək” sözünü lüğətə salmayanların adları AÇIQLANDI
“Azərbaycan dilinin orfoqrafiya lüğətində (yenidən işlənmiş) “hörümçək” sözünün verilməməsi etirazla qarşılanıb. Bu, texniki qüsur kimi qəbul edilməlidir”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

“Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur”, - Dilçilik İnstitutundan bildirilib.

Qeyd edək ki, son orfoqrafiya lüğətində “hörümçək” sözü salınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru