Bezis "ölümsüzlük həbi"nə 3 milyard ayırdı

24-01-2022, 10:08           
Bezis "ölümsüzlük həbi"nə 3 milyard ayırdı
Amerikalı milyarder, “Amazon” şirkətinin banisi Ceff Bezos qocalmaya və ölümə qalib gələ biləcək dərman preparatının yaradılması ilə məşğul olacaq Alitos Labs startapına 3 milyard dollar investisiya yatırıb.

Teref.az Moderator.az-a istinadən xəbər verir ki, layihə planının məqsədi hüceyrələrin sağlamlığının bərpası, onların qocalmaya və və hətta əlilliyə gətirib çıxaran xəstəliklərə qarşı dözümlülüyü üzrə bioloji texnologiyanı işləyib hazırlamaqdır.

Alimlər hüceyrələrin yenidən proqramlaşdırılması, yəni onların yetişməsindən sonra cavanlaşdırılması prosesi sayəsində "ölümə qarşı dərman" yaratmağı planlaşdırır.

Nəzəri cəhətdən hüceyrələr get-gedə qocalan bədəni bərpa edə və hətta ağıl zəifliyi kimi yaşla bağlı dəyişiklikləri müalicə edə bilər.

Layihənin rəhbəri Britanitanın “GlaxoSmithKline” əczaçılıq şirkətinin sabiq baş elmi əməkdaşı, təbabət üzrə doktor Hel Berrondur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.