Sonuncu dəfə Lvov vağzalına belə axın İkinci Dünya müharibəsi zamanı olub.
Axar.az xəbər verir ki, bunu Lvov meri Andrey Sadovıy deyib.
“Dəmiryol vağzalına aşırı dərəcədə axın var. Sonuncu dəfə belə bir yük yalnız İkinci Dünya müharibəsi zamanı olub. Çox adam var. Adamlara yemək gətiririk”, - Sadovıy bildirib.
O qeyd edib ki, Lvova başqa şəhərlərdən gələn insanlar tələbə yataqxanalarında və məktəb idman zallarında məskunlaşırlar.