Rusiyada “şəkər kralı” güllələndi, şübhəli fermer isə intihar etdi - VİDEO

9-06-2022, 11:34           
Rusiyada “şəkər kralı” güllələndi, şübhəli fermer isə intihar etdi - VİDEO
Rusiyanın Tambov vilayətinin Piçayevski rayonunda “şəkər kralı” kimi tanınan 53 yaşlı iş adamı Yuri Xoxlov güllələnib. O, Kirsanovski və Qribanovski şəkər zavodları da daxil olmaqla altı regionun müəssisələrini özündə birləşdirən “ASB Şirkətlər Qrupu”nun rəhbəri olub.

Bildirilir ki, Xoxlov əkin sahələrinə baxış keçirmək üçün helikopterlə Rudovka kəndinə gedib. Onunla görüşə rəqibi, mübahisəli sahənin 150 hektarına günəbaxan səpən fermer gəlib. Münaqişə zamanı həmin şəxs Xoxlovu tapança ilə vuraraq qaçıb. İş adamı aldığı xəsarətlərdən ölüb.

Sonradan hadisə yerindən 1,5 kilometr aralıda 49 yaşlı fermerin də meyiti tapılıb. Onun intihar etməsi istisna edilmir.



Mənbə: Top68












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru