Rusiyada “McDonald's”ı əvəzləyəcək “fast food” şəbəkəsinin loqosu

10-06-2022, 00:07           
Rusiyada “McDonald's”ı əvəzləyəcək “fast food” şəbəkəsinin loqosu
Bir müddət əvvəl isə "McDonald's" Rusiyadakı biznesini rusiyalı iş adamı Aleksandr Qovor alıb.

Rusiyada "McDonald's"-ı əvəz edəcək "fast food" restoranlar şəbəkəsi özü üçün yeni loqo seçib.

Teref.az APA-ya istinadən bildirir ki, "Rospatent"ə üç rəngdə loqonun qeydiyyatı üçün iki ərizə təqdim edilib. Sonda şirkət "McDonald's" simvollarını-narıncı burger və yaşıl fonda iki sarı kartof çubuqlarını seçmək qərarı verib. Bu gün yeni restoranlar şəbəkəsinin reklam kampaniyasına başlayacağı da bildirilib. Lakin restoranlar şəbəkəsinin adı hələ də məlum deyil.

Qeyd edək ki, "McDonald's" Rusiyada 30 ildən çox işlədikdən sonra Ukrayna müharibəsi fonunda bazarı tərk etmək qərarı verib. Martın 14-dən etibarən şəbəkənin Rusiyada 800-dən çox restoranı fəaliyyətini dayandırıb. Bir müddət əvvəl isə "McDonald's" Rusiyadakı biznesini rusiyalı iş adamı Aleksandr Qovor alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru