2 min qazi və şəhid ailəsinə “Formula 1”i izləmək üçün PULSUZ BİLET VERİLDİ – VİDEO
11-06-2022, 11:23
“Formula 1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün Vətən müharibəsinin şəhid və qazi ailələrinə pulsuz bilet verilib.
Bakı Şəhər Halqasından (BŞH) Bizim.Media-ya verilən məlumata görə, bununla bağlı onlara xüsusi dəvət göndərilib.
BŞH layihə kimi qazilərə və şəhid ailələrinə pulsuz bilet təqdim edib. Onlar Azneft tribunasındakı yerlərini tutaraq yarışı canlı izləyiblər.
Üç gün ərzində layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan “Formula 1”-ə tamaşa etməsi planlaşdırılır. Artıq qran-prinin ilk günündə onlardan bir çoxu yarışları tribunadan canlı izləyiblər.