Kişilər porno videolara baxa bilməyəcəklər – Yeni cihaz hazırlandı

24-06-2022, 10:08           
 Kişilər porno videolara baxa bilməyəcəklər –
“The Independent” qəzetinin xəbərinə görə, çinli tədqiqatçılar kişilərin “fikirlərini oxuyaraq” pornoya baxdıqları zamanı müəyyən edə biləcək bir cihaz hazırlayıblar.

Teref.az xəbər verir ki, “South China Morning Post” tərəfindən təqdim edilən yeni cihaz ədəbsiz məzmunun yaratdığı beyin dalğalarını aşkar etməklə Çinin internet senzurasına töhfə verəcək.

Araşdırmanı dərc edən Pekin Jiaotong Universitetinin elektrik mühəndisliyi təcrübə mərkəzinin direktoru Xu Jianjun bildirib ki, prototip cihaz "pis məlumatları aşkar etmək üçün" hazırlanıb.

Beyin ədəbsiz görüntüləri aşkar etdikdə həyəcan siqnalı verən cihaz kompüter ekranı qarşısında oturan 15 kişi universitet tələbəsinə taxılaraq sınaqdan keçirilib.

Məlumatlara görə, maşının dəqiqliyi 80 faizdir. Ancaq adının açıqlanmasını istəməyən bir tədqiqatçı cihazın etik problemlər yarada biləcəyini söyləyib.

Çin səlahiyyətliləri sosial mediada uyğunsuz hesab etdikləri məzmuna nəzarət etmək üçün jian huang shi (porno qiymətləndiriciləri) adlı peşəkar senzorlardan istifadə edirlər.

Qeyd edək ki, Çində pornoqrafiya qanunsuzdur.(sfera.az)шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.