Daha bir rusiyalı milyarder evində ÖLÜ TAPILDI

29-06-2022, 11:18           
Daha bir rusiyalı milyarder evində ÖLÜ TAPILDI
Rusiyanın “A-mobile” mobil operatorunun ortaq sahibi Yevgeni Palant və həyat yoldaşı Olqa müəmmalı şəraitdə dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Milyarder həyat yoldaşı ilə birlikdə Zariççya kəndindəki evində ölü tapılıb.Onları tapan qızları tez bir zamanda polisə məlumat verib. Hüquq-mühafizə orqanları meyitlərin üzərində çoxsaylı bıçaq xəsarətləri qeydə alıb.

KİV-in məlumatına görə, qapı içəridən bağlı olub. İstintaqın versiyalarından birinə görə, Palant həyat yoldaşını öldürüb, bundan sonra intihar edib.Başqa bir versiya isə qatil Yevgeninin arvadı sayılır. Qətlin iddia edilən səbəbi qısqanclıq olub.

Palant və həyat yoldaşı İT sahəsində çalışırdılar. Yevgeni bu sahədə aparıcı şirkətlərin - "IR Installsite" və "UMT" MMC-nin təsisçisi idi. Olqa həm də sahibkar idi.

Faktla bağlı araşdırma aparılır.

Gülayə Mecid












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru