NASA “Artemis” missiyasını təxirə saldı

3-10-2022, 10:14           
NASA “Artemis” missiyasını təxirə saldı
“Artemis I” kosmik gəmisini daşıyan “Space Launch System” (SLS) raketinin buraxılışı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən 2022-ci ilin noyabr ayının ortalarına qədər təxirə salınıb.

Bildirilib ki, hələ “İan” qasırğasından əvvəl gəmi ilə birlikdə daşıyıcının şaquli montaj binasına köçürülməsi qərara alınıb. NASA qasırğadan daşıyıcı və kosmik gəminin təsirlənmədiyini bildirib.

Məlumata görə, “Artemis”in avadanlığına ziyan dəyməyib. Lakin suyun əraziyə daxil olması səbəbindən kiçik problemlər yaranıb.

Beləliklə, missiyanın işə salınması indi noyabrın 12-dən 27-dək olan müddətə planlaşdırılır. Uçuşun pilotsuz versiyada həyata keçirilməsi gözlənilir.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru