Səlim Müslümov üçün Göyçay sindromu: vətəndaş təhdid olunur – VİDEO
19-05-2016, 08:43
Bir müddət öncə Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzi ilə bağlı qalmaqallı məlumatlar yayılıb. Vətəndaş şikayəti və videogörüntülərin yer aldığı həmdı in məlumatlardan sonra düşünmək olardı ki, nazir Səlim Müslümov sözügedən şəxslər haqda ciddi tədbir görəcək və Göyçay ƏSMM-də ciddi islahatlar aparılacaq. Ancaq cumhuriyyet.az-a daxil olan məlumatlar tamamilə əksini göstərir. Belə ki, rayondan saytımıza daxil olan məlumata görə, həm Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin rəhbəri Aqşin Qafurov, həm də onun ətrafı, hətta məlum videogörüntülərdə yer alan Esmira adlı xanım hələ də iş başındadır. Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzi ilə bağlı daxil olan məlumatlar bununla yekunlaşmır. Belə ki, bu qurumdan şikayətçi olan və rüşvət iddiasını konkret video görüntü ilə sübut edən Göyçay rayon sakini Əliyev Balaseyid Seyidağa oğlu cumhuriyyet.az-a yeni müraciət ünvanlayıb. Həmin müraciətdə vətəndaş Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin rəhbərliyi tərəfindən təhdid olunduğunu iddia edir. B.Əliyevin videomüraciətini olduğu kimi diqqətinizə çatdırırıq: