Gənc nazirimiz bunları bilsə, yaxşıdır... - Rüşvət tüğyan edir
19-05-2016, 11:05
“Lənkəran Şəhər Təhsil Şöbəsi korrupsiya sahəsində rekorda imza atmağa hazırlaşır, müdir müavini Güloğlan Bağırov orta məktəblərdə “Son zəng” əməliyyatını keçirdir.Tədris ilinin sonuvə Təhsil şöbələrinin təhvil təhslimindən istifadə edən müavin Güloğlan Bağırov hər məktəbdən son zəngin vaxtının təyin edilməsi üçün şəhər məktəblərinin direktorundən 300 AZN,kənd məktəblərindən 250 AZN rüşvət istəyir.Bundan ruhlanan direktorlar artıq hər şagirddən 40-50AZN rüşvət yığmağa başlamışlar.Güloğlan Bağırovun orta məktəblərdə kecirtdiyi “Son zəng” əməliyyatı artıq başlanmışdı”. Bütün bunlar DİA.AZ-a daxil olan məlumatda yer alıb.
Saha sonra DİA.AZ-a yazan müəllif davam edir: “Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırovun əməlləri haqqında dövru mətbuatda bir necə yazıya rast gəlmək olar. Güloğlan Bağırovun rüşvət almagın yollari barədə verilən yazılar həqiqətdir. Hər ay şöbənin müdir müavini Güloğlan Bağırov üçün irili - xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəsissələrdən 200 - 500 AZN məbləğində pul toplanılır. Rayon üzrə92 belə müəsissənin olduğunu nəzərə alsaq, bu xeyli vəsait edir. Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırova isə çatacaq haqqın məbləği və ona verilməsi səhnəsi bir qədər fərqlidir. Müdir müavini üçün rayon üzrə adıçəkilən 92 müəsissədən hər ay yığılan 20 - 50 manat civarında pul zərfin içərisinə qoyularaq məktəb direktoru və yaxud, onların ayırdığı şəxs tərəfindən G. Bağırova kabinetində təqdim edilir. Pulu alarkən müdir müavini öz hərəkətinə “halallıq” çaları verməyi də unutmur. Bu zaman gülümsənən şöbə müdiri, pulu ona təqdim edənə “Allah əvəzini versin. Allah səninçün də yetirsin” ifadələrini işlədərək jestini edir.bu insan başa düşmür ki, ona verilən pul rüşvətdir və müəllimlərdən yığılır. Məktəb rəhbərliyinə Allah tərəfindən bunun əvəzinin verilməsi üçün isə direktor mütləq yığımın məbləğini artırmalıdır.Xatırlatmaq yerinə düşərdi ki, Güloğlan Bağırovun idarə etdiyi xarici markalı avtomobil çox bahalı, 30 - 50 000 manat civarındadır. Yəqin ki, şöbə müdiri öz halal zəhməti ilə bunu ala və saxlaya bilməzdi”.
DİA.AZ-a yazan Lənkəran şəhər 20 yanvar kucəsinin sakini, müəllim Ceyhun Əliyev daha sonra bildirir: “Son vaxtlarda yazılan məlumatlarda Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırovun attestatları valideynlərə 500 manata satması haqqında respublika mətbuatında şikayələr dərc olunmuşdur..Lənkəran ŞTŞ-nin 4-saylı məkəbində baş tutan attestat alveri valideynlərə 500 manata başa gəldi.Rayon rəhbərlərinin adını hallandıran Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov kimə güvənir? 12-13-14 may 3(üc) gün davam edən bu imtahan hətta bəzi valideynlərə 800 manata başagəldi. Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba,1,2,3,4,5,6, 8 saylı, Qurumba, Şovu, Lənkəranşəhər 1, 2, 3, 4,5, 6, 7, 9,10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq kənd məktəblərinin direktorlarından əlavə pul yığıb. Lənkəranda 90-a qədər ümumtəhsil məktəbi fəaliyyət göstərir.Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov ücün attestatlara görə 500 manat pulu orta məktəblərinin direktorları yıgır.Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 15-də keçirdiyi iclasında rüşvət və korrupsiya məsələsinə bir daha toxundu. Ölkə başçısı bildirdi ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək.Sitat…Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik”.Biz inanırıq ki, bu haqda aidiyyatı orqanlar cəza tədbiri görəcəklər”.
Qarşı tərəfi də dinləməyə hazırıq...