Müflis olan milyonçu borcunu ödəmək üçün küçədə sosiska satır

22-11-2022, 12:04           
Müflis olan milyonçu borcunu ödəmək üçün küçədə sosiska satır
Çində müflis olan milyonçu Tan Tszyan borcunu ödəmək üçün küçədə sosiska satır.

İş adamının sözlərinə görə, onun 6,4 milyon dollar borcu olub.

Tszyan Hançjou şəhərində restoranların sahibi olmaqla, Çjetszyan əyalətinin ən uğurlu sahibkarlarından biri hesab olunurdu. Bir neçə müəssisəyə malik Tszyan digər sahəyə sərmayə qoyaraq müflis olub. Nəticədə onun 6 milyon dollardan çox borcu yaranıb.

Borcu ödəmək üçün Tan küçədə sosiska satmağa başlayıb. Bundan əlavə, kişi özünü müflis elan edərək bütün restoranlarını, evlərini və maşınlarını satıb.

“Hər birimiz çətin bir həyat yaşayırıq və bir çox problemlərlə üzləşirik, lakin yenilməzlik ruhunu qorumalıyıq”, - deyə o bildirib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru