Putinin "gizli ordu"su terror təşkilatı kimi tanına bilər

22-11-2022, 12:20           
Putinin "gizli ordu"su terror təşkilatı kimi tanına bilər
Avropa Parlamentinin deputatları Rusiyaya məxsus olan “Vaqner” xüsusi hərbi şirkətinin terror təşkilatı kimi tanınmasına çağırış edib.

Publika.az xəbər verir ki, bu barədə “Politoco” nəşri yazır.

Nəşrin məlumatına görə, bu təklif Avropa Parlamentində geniş dəstək alıb.

“Bütün parlament qrupları Avropa Şurasının prezidenti Şarl Mişelə və Çexiyanın baş naziri Petr Fiala bununla bağlı məktub ünvanlayıb. Deputatlar Ukraynada beynəlxalq hüququn davamlı pozulmasında və başqa münaqişələrdə iştirakına görə “Vaqner”in terror təşkilatları siyahısına daxil edilməsini xahiş edirlər”, - nəşr yazır.

Qeyd edək ki, “Vaqner” Putinin "gizli ordu"su olaraq tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru