Luna-25-dən Ay səthinin ilk fotoşəkili

19-08-2023, 13:49           
Luna-25-dən Ay səthinin ilk fotoşəkili
Rusiya Federal Kosmik Agentliyi “Luna-25” stansiyasının Ay səthinin ilk fotoşəkilini çəkdiyini açıqlayıb.

Trend-in məlumatına görə, Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) Ayın orbitinə çıxmağa davam edən Luna-25 avtomatik stansiyasının STS-L kameraları ilə Ay səthinin ilk fotoşəkillərinin çəkildiyi açıqlanıb.

“Bu gün Moskva vaxtı ilə saat 08:23-də (GMT ilə eyni) çəkilmiş şəkildə Ayın arxasındakı cənub qütb krateri Zeeman görünür. Krater mərkəzinin koordinatları 75 dərəcə cənub eninə və 135 dərəcə qərb uzunluğuna uyğundur", - deyə agentliyin məlumatında bildirilib.

Açıqlamada, həmçinin, dünyadan görünməyən Zeeman kraterinin Ay səthində bənzərsiz bir obyekt və tədqiqatçılar tərəfindən böyük marağa səbəb olduğu, krater ətrafındakı yüksəkliyin isə 8 kilometr yüksəkliyə çatdığı qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru