Slovakiya kəşfiyyatının rəhbəri həbs edilib

20-08-2023, 00:05           
Slovakiya kəşfiyyatının rəhbəri həbs edilib
Slovakiyanın informasiya xidmətinin (kəşfiyyatının) rəhbəri Mişal Alaç cinayətkar qrup yaratmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinərək həbs olunub.

“Report” xəbər verir ki, bu barədə onun vəkili Marian Boşanski məlumat verib.

Yerli KİV-in yazdığına görə, iş üzrə həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Slovakiya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Roman Koneçninin adı da hallanır.

Slovakiyanın “Smer” müxalifət partiyasının rəhbəri, keçmiş baş nazir Robert Fiko bildirib ki, polis Alaçı şahidlərə təsir edə biləcəyindən ehtiyatlanaraq saxlayıb. Polisin məlumatına görə, o, slovakiyalı iş adamlarından birinin rəhbərlik etdiyi cinayətkar qrupun üzvü olub. Onun məqsədinin cinayət işlərinin araşdırılmasına təsir göstərmək olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru