Qalib İsmayılov Naxçıvan şəhər prokuroru vəzifəsinə təyin olunub. Bununla bağlı sərəncamı baş prokuror Kamran Əliyev imzalayıb. Bundan əvvəl həmin vəzifəni Elsevər Quliyev icra edirdi. Baş prokurorun digər sərəncamı ilə o, bu vəzifədən azad edilərək, Naxçıvan MR Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.