İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzzadakı mövqelərini, Suriyadakı hərbi obyektləri hədəfə alıb

26-10-2023, 09:49           
İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzzadakı mövqelərini, Suriyadakı hərbi obyektləri hədəfə alıb
İsrail ordusunun çərşənbə günü bildirdiyinə görə, HƏMAS militantlarının Qəzza zolağındakı mövqelərinə və Suriyadakı hərbi obyektlərə havadan zərbələr endirib. Hərbçilər bildiriblər ki, Qəzzaya endirilən zərbələrin hədəfləri HƏMAS-ın tunelləri, silah-sursat anbarları və raket buraxılış stansiyaları olub.

Suriya dövlət mediası İsrailin Dəra vilayətində həyata keçirdiyi hücumları nəticəsində 8 Suriya əsgərinin öldüyünü, 7 əsgərin yaralandığını bildirib.

İsrail ordusunun dediyinə görə, onun təyyarələri zərbələri Suriyadan İsrailə doğru atılan raketlərə cavab olaraq endirib.

Trans-sərhəd hücumlar İsrail-HƏMAS müharibəsinin daha böyük regional münaqişəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verir.

İsrail Livanda İranın dəstəklədiyi Hizbullah yaraqlılarına müharibəyə qoşulmamaq üçün xəbərdarlıq edib.

Hizbullah lideri Həsən Nəsrulla çərşənbə axşamı danışıqlar aparmaq üçün HƏMAS və İslami Cihad-ın yüksək səviyyəli liderlərini qəbul edib. Açıqlamada deyilib ki, liderlər "Qəzzadakı müqavimətdə" qələbə qazanmaq üçün nə etmək lazım olduğunu müzakirə ediblər.

HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi çərşənbə axşamı bildirib ki, Qəzzada iki həftədən çoxdur davam edən qarşıdurmalar nəticəsində əksəriyyəti qadın və uşaqlarolmaqla, ölənlərin sayı azı 5,791 nəfərə çatıb.

İsrail hökuməti İsraildə 1400-dən çox insanın öldüyünü bildirib. Onların əksəriyyəti HƏMAS militantlarının 7 oktyabr hücumu zamanı həlak olub.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.