Qadın DNT testi elətdirərək övladlığa götürdüyü qızının sevgilisi ilə münasibətlərini pozub

26-10-2023, 13:03           
Qadın DNT testi elətdirərək övladlığa götürdüyü qızının sevgilisi ilə münasibətlərini pozub
Çinin Szyansu əyalətinin Nankin şəhərindən olan 45 yaşlı Çen adlı qadın övladlığa götürdüyü qızı Mini tək böyüdüb. Onun əri ölüb, öz doğma oğlu isə uzun illər əvvəl itkin düşüb. Çen onu bir daha görəcəyinə artıq ümid etməyib.

Min onu övladlığa götürən qadını öz sevgilisi ilə tanış edəndə onun Çenin itkin düşmüş oğluna çox bənzədiyi üzə çıxıb.

Qadın ümidini itirməyib və gəncdən DNT testi verməyi xahiş edib.

Nəticələr hər kəsi şoka salıb: Oğlanın həqiqətən də Çenin itkin düşmüş oğlu olduğu üzə çıxıb.

Qadın bu xəbərə çox sevinib, lakin Min himayədar ailədə böyüdüyünü bilməyib və öz qardaşı ilə görüşdüyünü bildikdən sonra dəhşətə gəlib.

Çen Minə onu övladlığa götürdüyünü və gənclə heç bir qan qohumluğunun olmadığını deyib. Qız isə buna baxmayaraq, sevgilisindən ayrılmaq qərarına gəlib.

Mənbə: The Thaiger












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru