"Microsoft" əməliyyat sisteminin dizaynını dəyişdi - "Windows 10"a bənzəyəcək

2-04-2024, 00:05           
"Microsoft" əməliyyat sisteminin dizaynını dəyişdi - "Windows 10"a bənzəyəcək
"Microsoft" hazırkı əməliyyat sisteminin dizaynını "Windows 10"un xeyrinə dəyişib.

Media jurnalistləri yeni ƏS-nin beta versiyasını təhlil edərkən "Windows 11"in daha çox "Windows 10"a bənzədiyinə diqqət çəkiblər. Müəlliflər tapşırıqlar panelinin ekranın sol tərəfinə, vidjetlərin isə sağ tərəfinə keçdiyini qeyd ediblər. Beləliklə, hər iki interfeys elementi artıq bir-biri ilə üst-üstə düşmür.

Bu yolla "Microsoft" istifadəçilərin köhnə əməliyyat sistemindən yenisinə keçidini asanlaşdırmağa qərar verib.

Yeniləmə həmçinin kompüter və smartfon arasında məlumat mübadiləsini asanlaşdırmaq üçün URL-lərin QR kodları vasitəsilə ötürülməsi funksiyasını əlavə edib. \\Redaktor.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.