65 yaşlı kişidən inanılmaz “bacarıq” - piratçılıqda ittiham olunur

3-04-2024, 10:04           
65 yaşlı kişidən inanılmaz “bacarıq” -
Rusiyanın Lipetsk şəhərində 65 yaşlı təqaüdçü "PlayStation" konsolunu sındırdığı üçün saxlanılıb.
32gun.az RusiYA KİV-nə istiandən bildirir ki, yaşlı kişi piratçılıqda ittiham olunur.

Belə ki, 65 yaşlı kişi İT bacarıqlarından istifadə edərək PlayStation oyun konsollarını sındırıb. Bunun üçün o, xüsusi proqram təminatından istifadə edib. Proqram təhlükəsizlik sistemlərindən yan keçməyə və sonra xarab konsollarda lisenziyasız oyunları quraşdırmağa imkan verib.

Həmin şəxs şəxsi sifarişlə işləyirdi, lakin qiymətdə razılaşmadığı müştərilərdən birinin qurbanı olub. Nəticədə polis təqaüdçünün evinə gələrək axtarış aparıb və avadanlıqları müsadirə edib. Ustanın özünə də yeri tərk etməmək şərti verilib. Həmin şəxsə qarşı “Sony Interactive Entertainment” şirkətinin işgüzar nüfuzuna xələl gətirdiyinə görə cinayət işi açılıb. O, 200 min rubla qədər cərimə və ya hətta iki il həbs oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru